Aralıq forma Hipospadiya. Perineal hypospadias: the Bilateral Based (BILAB) skin flap technique

Aralıq forma Hipospadiya – Гипоспадия промежностная форма

Ən ağır formalı Hipospadiya aralıq forma, belə pasiyentlər Kariotip, yəni Xromosom analizi verildikdən sonra bir neçə mərhələli əməliyyatla tam düzəldilir.
Birinci mərhələdə əməliyyat icra etdik. Orqan tam düzləndirilib çıxarıldı, pülük dərisinin iç səthindən qreft götürülərək orqanın iç tərəfinə köçürüldü və beş ay sonra tam uretroplastikaya hazırlıq görüldü.

Perineal hypospadias: the Bilateral Based (BILAB) skin flap technique

Hipospadiya sidik çıxarıcı kanalın anadangəlmə inkişaf qüsurudur. Bu zaman sidik kanalının xarici dəliyi normal yerində cinsiyyət üzvünün başında deyil, cinsiyyət üzvünün ön səthində, orqanın cismində, cinsiyyət orqanının kökündə və  xayalıq yaxud aralıq nahiyəsində xaricə açılır.

Hipospadiya vaxtında müalicə olunmadıqda aşağıda qeyd etdiyimiz fəsadlar yarada bilir:

  • Cinsi münasibətdə problemlər.
  • Cinsiyyət üzvünün qeyri-təbii görünüşü.
  • Penisdəki deformasiya ( əyrilik ) ilə bağlı cinsi əlaqə zamanı rahatsızlıq.
  • Sonsuzluq (spermanın uşaqlıq yolunun arxa divarına çata bilmədiyindən).
  • Sidik ifrazı çətinləşməsi bu xəstələrdə, sidik kisəsində qalıq sidik qalmasına, bu isə böyrəklərdə və prostat vəzisində xronik iltihaba səbəb olur.