Usaq cerrahi Togrul Omarov
Bu ayın sonunadək
Uşaq cərrahı Toğrul Ömərovun
qəbulu ödənişsizdir.

Peyğəmbər sünnəti

Hipospadiya nədir?

Hipospadiya sidik kanalının anatomik quruluşunun anadangəlmə inkişaf qüsurudur. Bu xəstəlik eyni zamanda el arasında Peyğəmbər sünnəti adı ilə də tanınır. Bu zaman sidik kanalının xarici dəliyi normal yerində – cinsiyyət üzvünün başında deyil, cinsiyyət üzvünün ön səthində, xayalıq yaxud aralıq nahiyəsində xaricə açılır. Belə uşaqlar böyük yaşlarda sidiyə adətən oturaraq gedir.

Hipospadiya nedir

Video reportajlarımız

Hiposiyada əməliyyatlarımızdan görüntülər

Hipospadiyanin elametleri

Xəstəliyin simptomları

Hipospadiyanın əlamətləri

  • Sidik ifrazının pozulması;
  • Sidik ifrazı zamanı sidiyin normal olmayan yerdən orqanın altından axması;
  • Sidik ifrazının tezləşməsi (tez-tez sidiyə getmə);
  • Cinsiyyət üzvündə əyriliyin olması.

Hipospadiyalı xəstələrdə yanaşı olaraq kriptorxizm, qasıq yırtığı sıx rastlanır. Yanaşı xəstəliklər əsasən ağır formalarda -penoskrotal, skrotal, perineal hipoaspadiyalarda olur.

Əməliyyatdan sonrakı nəticələr

Cərrahi əməliyyatlarımızdan foto şəkillər

Tibbi kriteriyalar

Hipospadiyanın formaları

  • Coronal forma;
  • Subcoronal forma;
  • Penil forma – uretranın ( sidik kanalının ) xarici dəliyi cinsiyyət üzvünün cismində yerləşir;
  • Penoskrotal forma – sidik kanalının xarici dəliyi cinsiyyət üzvünün xayalıqla sərhəddində,
  • Xayalıq forma – xayalıqda yerləşir;
  • Aralıq forma – uretranın xarici dəliyi xayalıqla anal dəliyi arasında yerləşir;
  • Hipospadiyasız hipospadiya (Xorda tipli) – hipospadiyanın bu formasında sidik kanalının xarici dəliyi normal yerinə açılır. Lakin sidik kanalının uzunluğu penisin uzunluğundan qısa olduğu üçün cinsiyyət üzvünün əyilməsi baş verir.

Baş vermə səbəbləri

Hipospadiya nədən yaranır?

  • Dölün bətndaxili inkişafının 7-15 ci həftəliyində qadın hormonlarının çoxluğu və s. səbəblərdən baş verən pozuntular;
  • Hamiləlik zamanı ananın ətraf mühit zərərli amillərinin təsirinə məruz qalması (alkoqol, siqaret çəkmə, bəzi dərman vasitələrinin istifadəsi, natamam qidalanma(qidada zülal, vitaminlərin əksikliyi) və s.) ;
  • Hamiləlik zamanı anan orqanizmində müxtəlif səbəblərdən (stress, ağır iş rejimi və s) baş verən hormonal dəyişikliklər;
  • Çoxdöllü hamiləlik;
  • Ananın tez tez hamilə qalması;
  • Dölün keçirtdiyi bətndaxili infeksiyalar;
  • Genetik pozuntular.
Bu ayın sonunadək Uşaq cərrahı Op. Dr. Toğrul Ömərovun qəbulu ödənişsizdir. Qeyd olunan nömrəyə zəng edərək qəbula yazıla bilərsiniz.

Hipospadiya hansı yaşda müalicə olunmalıdır?

Hipospadiyanın müalicəsi

Hipospadiyaların müalicəsi üçün ideal yaş 6-18 ay arasıdır. Belə ki, bu yaş dövründə icra edilən əməliyyatlar uşaq orqanizmi tərəfindən daha yaxşı qəbul edilir, əməliyyatdan sonra daha az fəsadlaşma qeyd edilir.

Hipospadiyanın müalicəsi cərrahi yolladır. İndiyə qədər hipospadiyanın müalicəsi üçün 350 dən çox əməliyyat növü tətbiq edilmişdir. Bu əməliyyatların çoxu bir birinin modifikasiya edilmiş formaları olub əsasən eyni  prinsiplərə əsaslanır. Hipospadiyaya görə icra edilən əməliyyatların əsas məqsədi aşağıdakılardır:

  • Sidik kanalının xarici dəliyinin cinsiyyət orqanının ucuna gətirilməsi.
  • Əgər varsa cinsiyyət orqanındakı əyriliyin aradan qaldırılması.

Sidik kanalının uca gətirilməsi üçün, kanalın çatışmayan hissəsi digər toxumalar hesabına formalaşdırılır və möhkəmləndirilir. Bu məqsədlə sünnət dərisindən də istifadə edildiyindən hipospadiyası olan uşaqların sünnət edilməməsi çox önəmlidir.

Hipospadiya nedir / Hipospadiyanin mualicesi

Toğrul Ömərov haqqında söylənilənlər

Pasiyent rəyləri

* Qeyd olunmuş rəylər Dr. Toğrul Ömərovun facebook və İnstagram səhifələrimdə istifadəçilərin bildirdiyi fikirlərdir.
Əlavə suallarınız var? Qeyd olunan nömrəyə zəng edərək suallarınızı ünvanlaya və birbaşa həkimin qəbuluna yazıla bilərsiniz.

İŞ SAATLARI

B. e. - Ş. 09:00 - 17:00
Bazar Qeyri-iş günü
Təcili xidmət 7/24

HƏKİMLƏ ƏLAQƏ

(050) 672 92 24
Bakı Sağlamlıq Mərkəzi
Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 112